Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəyyam “Altın Kelebek”də iştirakdan imtina etdi

Xəyyam “Altın Kelebek”də iştirakdan imtina etdi

Tarix: 17 Yanvar 2020 20:30

Müğənni Xəyyam Nisanov Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafat mərasimində iştirak etməkdən imtina edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.

"Nəzərinizə çatdırım ki, "Altın Kelebek" müsabiqəsindən vaxtı bir neçə dəfə dəyişdiyi üçün könüllü olaraq ayrılmışam. Bütün iştirakçılara uğurlar", - Nisanov qeyd edib.

Xatırladaq ki, ötən ilin dekabrında keçirilməsi planlaşdırılan layihə fevralın 28-də baş tutacaq.


Etiketlər:  Xəyyam Altın Kelebekdə iştirakdan imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ