Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 22:04
Dişlərinin arasında ilişib qalmış popkorn 41 yaşlı britaniyalı Adam Martin adlı kişinin ölümünə səbəb olacaqdı. Belə ki, dişdə popkorn ətrafında yaranan infeksiya ürək əzələsinə çataraq, onu zədələmiş və xəstə 2 dəfə ağır əməliyyat keçirmişdir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, kinoteatrda arvadı ilə birgə filmi izləyəndə çoxlu popkorn yeyib. Ağız boşluğunun dərinliyində, arxa dişlərin dibinə, çətin əlçatılan yerdə ilişən popkornu kişi diş çöpü, fırça, hətta bizlə çıxarmağa çalışsa da, buna nail ola bilməyib.
Beləcə, dişin dibində çirkli əşya ilə müdaxilə olduğundan diş ətində iltihablaşma yaranıb.
Amma o, məsuliyyətsizlik edərək stomatoloqa getməyib.
Bu isə onun həyatına bahasına başa gəlib.
1 həftə sonra baş ağrısı, yorğunluq, titrətmə, tərləmə ilə həkimə gedən Adamsın ürəyində küy olduğu müəyyən olunur.
Bunban başqa kişinin ayaq barmağında yara açılmış, bu da ürəkdə infeksion iltihabın göstəricisindən biridir.
Diş dibindən qanla ürəyə keçən bakteriyalar ürək əzələsi və qapağını zədələyib.
Xəstə üzərində bir dəfə 5 saatlıq ürək və tromb əməliyyatı, bir dəfə də açıq ürək əməliyyatı həyata keçirildi. Onun zədəli mitral qapağı dəyişdirildi.
Tamamilə sağlam bir kişi popkornun qurbanı olaraq, ürəyi xəstə bir insana çevrildi. Onun sağ qalması belə möcüzədir.
Adams deyir ki, əgər diş ətində, damaqda problem, qanama varsa, stomatoloqa gedin, yubatmayın. Unutmayın ki, damaq və ağız boşluğu ürək üçün bakteriya mənbəyidir.