Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub (FOTO)

Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub (FOTO)

Tarix: 16 May 2019 16:35

Bakı. Trend:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdiril­məsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turları başa çatıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ictimai-siyasi, elmi-texniki, təhsil, turizm, maliyyə, iqtisadiyyat, ilahiyyat, tibb, hüquq, sosial, mədəniyyət sahələri və dillər üzrə (ingilis, türk, ərəb, alman, rus, fransız, italyan, Çin və ivrit) turlardan uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Mərkəzin İdarə Heyətinin sədr müavini, Seçim Turunun rəhbəri Vilayət Hacıyev sertifikatların təqdimat mərasimində turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin inkişafına əlamətdar töhfələr verəcəyini, ölkənin dil və tərcümə sahəsində, tədricən də olsa, nizam yaradacağını bildirib.

2019-cu ilin I rübü üzrə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatına aşağıdakı tərcüməçilər layiq görülüb:

1. Seytlin Aleksey – (ingilis-rus) hüquq sahəsi üzrə;

2. Fətiyeva Əminə – (ingilis-Azərbaycan) texniki sahə üzrə;

3. Mecidova Əmirə – (Azərbaycan-ingilis-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;

4. Orucova Nigar – (rus-Azərbaycan) ictimai-siyasi sahə üzrə;

5. Məmmədova Ruqiyyə – (rus-Azərbaycan) hüquq sahəsi üzrə;

6. Alıyeva Kəmalə – (rus-Azərbaycan) hüquq sahəsi üzrə;

7. Nəcəfov Orxan – (Azərbaycan-rus-Azərbaycan) beynəlxalq münasibətlər sahəsi üzrə;

8. Kazımova Xatirə – (Azərbaycan-rus) iqtisadiyyat sahəsi üzrə;

9. Yaqubov Elvin – (rus-Azərbaycan) iqtisadiyyat, təhsil, hüquq, beynəlxalq münasibətlər və idman sahələri üzrə;

10. İbrahimov Elçin – (türk-Azərbaycan-türk) ictimai-siyasi sahə üzrə;

11. Bəkirli Çilənay – (fransız-Azərbaycan-fransız) ictimai-siyasi sahə üzrə;

12. Məmmədova Çinarə – (fransız-rus) siyasi-iqtisadi sahə üzrə;

13. Qarayev Ayxan – (ivrit-Azərbaycan-ivrit) hüquqi sənədlər sahəsi üzrə.


Etiketlər:  Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ