Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2020 12:20
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır.
Bu barədə Trend-ə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən deyiblər.
Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq.
Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli ölkələrin bazarında rəqabətqabiliyyətli olacaq.
Xatırladaq ki, 2019-cu ilin dekabrında Türkiyə istehsalı olan TOGG avtomobilləri nümayiş etdirilib.
İstehsalına 2022-ci ildə başlanılacaq avtomobillər elektriklə çalışacaq. TOGG avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib. Dizayn, ideya və bütün hissələrinin Türkiyədə hazırlanması baxımından xalis Türk malı olan TOGG-un sükan arxasında ilk oturan şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.
Hələlik 2 modeli təqdim edən Türkiyə Avtomobil Təşəbbüskarları Qrupu 2022-ci ilə qədər model sayını 5-ə qaldıracaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin