Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Yanvar 2020 07:16
Bakı. Trend:
ABŞ dövlət katibi Mayk Pompeo Liviyaya dair konfransda iştirak etmək üçün Berlinə səfər edib.
Trend-in "Ren TV"yə istinadən verdiyi məlumata görə, bu barədə M.Pompeo öz rəsmi "Twitter" səhifəsində yazıb.
Dövlət katibi qeyd edib ki, dünya liderləri və BMT rəsmiləri ilə söhbət edəcək. Həmçinin M.Pompeo "bu vacib təşəbbüsə rəhbərlik etdiyi üçün" Almaniyaya təşəkkür edib.
M.Pompeo bildirib ki, ABŞ-ın konfransla bağlı gözləntiləri "mülayimdir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin