Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Venesuelada elektrik enerjisi və internet kəsilib

Venesuelada elektrik enerjisi və internet kəsilib

Tarix: 19 Yanvar 2020 14:20

Bakı. Trend:

"Netblocks" agentliyi Venesuelanın şimalında və qərbində elektrik təchizatında geniş miqyaslı nasazlıqlar barədə məlumat verib.

Trend-in məlumatına görə, ümumilikdə, ölkənin 23 əyalətindən 16-sı elektrik enerjisinin kəsilməsi ilə üzləşib, bunlardan üçündə - Taçira (14%), Merida (23%) və Karabobo (45%) əyalətlərində elektrik enerjisinin verilməsi az hissədə bərpa olunub.

Ölkədə elektrik enerjisinin kəsilməsi 5 əyalətdə İnternet bağlantısı ilə bağlı problemlərə səbəb olub.

Müşahidəçilər və analitiklər Venesueladakı elektrik enerjisinin kəsilməsinin səbəblərinin avadanlıqların köhnəlməsi və infrastruktura az investisiya qoyulmasını hesab edirlər.

Karakasda ötən yay yaşanan elektrik kəsintilərindən sonra, Venesuela Rabitə və İnformasiya naziri Xorxe Rodriges, ölkə daxilindəki elektrik problemlərinin, ölkənin əsas su elektrik stansiyasına yönəldilmiş "elektromaqnit hücumu" səbəbi ilə əlaqədər olduğunu bəyan edib.


Etiketlər:  Venesuelada elektrik enerjisi internet kəsilib


RƏYLƏR