Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Superliqasının XVIII turu: "Qalatasaray" və "Trabzonspor" qalib olub

Türkiyə Superliqasının XVIII turu:

Tarix: 20 Yanvar 2020 08:18

Yanvarın 19-da Türkiyə Superliqasının XVIII turu çərçivəsində keçirilən oyunda "Beşiktaş" doğma meydanda "Sivasspor"u qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Vodafon Park" arenasında keçirilən oyunda İstanbul təmsilçilərinin 1:2 hesabı ilə məğlub olublar. Matçda sivaslıların qollarını Ərdoğan Yaşılyurd və Mustafa Yatabare vurub. "Beşiktaş"ın yeganə qolunun müəllifi isə Adəm Lyayiç olub.

Günün digər qarşılaşmalarında "Qalatasaray" doğma divarlar arasında "Dənizlispor"u 2:1 hesabla məğlub edib. "Göztəpə" səfərdə "Antalyaspor"u 0:3 hesabı ilə udub. "Trabzonspor" isə "Kasımpaşa"nın qapısından altı cavabsız qol keçirib.

Tura yanvarın 20-də yekun vurulacaq.

Hazırda turnir cədvəlində "Sivasspor" klubu 40 xalla vahid liderdir. "İstanbul Başakşəhər" 36 xalla ikinci, "Trabzonspor" isə 35 xalla üçüncüdür.

Milli.Az


Etiketlər:  Türkiyə Superliqasının XVIII turu Qalatasaray Trabzonspor qalib olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ