Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi

Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi

Tarix: 20 Yanvar 2020 14:48

Bakı. Trend:

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın mənimsəmə ilə bağlı cinayət işinin istintaqı başa çatıb, işin materialları prokurorluğa təhvil verilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, cinayət işində sabiq prezidentlə yanaşı, keçmiş kənd təsərrüfatı naziri Serqo Karapetyan, kənd təsərrüfatı nazirinin müavini Samvel Qalstyan və digər şəxslərin adı hallanır.

İstintaq Komitəsinn iddiasına görə, S.Sarkisyan 1 milyon dollardan çox vəsait mənimsəyib.

S.Sarkisyan öz növbəsində ittihamların siyasi təzyiq vasitəsi olaraq irəli sürüldüyünü bildirir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Serj Sarkisyanın cinayət işi ilə bağlı materiallar prokurorluğa təhvil verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ