Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2020 17:18
Bakı. Trend:
Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 19-da saat 18 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Xaçmaz rayon sakini İ.Ələsgərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.
Bildirilir ki, nəticədə o, hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin