Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" 18 yaşlı yarımmüdafiəçi aldı - Rəsmi

Tarix: 20 Yanvar 2020 20:36

"Real" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Braziliya "Flamenqo"sunun yarımmüdafiəçisi Reynerin transferini gerçəkləşdirib.18 yaşlı braziliyalı oyunçu ilə 2026-cı ilin iyununa kimi müqavilə imzalanıb. Onun fevralın 9-da “Real”ın ikinci komandası olan, üçüncü liqada çıxış edən  "Kastilya"ya qoşulacağı bildirilib.

Qeyd edək ki, İspaniya mətbuatı bu transfer üçün "Kral klubu"nun 30 milyon avro təzminat ödədiyini yazıb.

Bizi Feysbukda da izləyin!

 


Etiketlər:  Real 18 yaşlı yarımmüdafiəçi aldı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ