Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb

Tarix: 21 Yanvar 2020 11:24

Bakı. Trend:

Yanvarın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata əsasən, səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.


Etiketlər:  Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ