Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 13:12
Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş martın 26-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Bizi Feysbukda da izləyin!