Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2020 15:15
Bakı. Trend:
Abşeronda su kanalına düşən 37 yaşlı şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Abşeron rayonunda 1 nəfərin meyitinin su kanalından çıxarılması üçün müraciət daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1983-cü il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin