Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı - YENİLƏNİB - FOTO

Artıq borc yazan “Azəriqaz” əməkdaşı cəzalandı - YENİLƏNİB - FOTO

Tarix: 21 Yanvar 2020 17:18

17:17

"Abonentə artıq borc yazan "Azəriqaz" əməkdaşı cəzalandırılıb".

Milli.Az-a bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfər verib. Bildirib ki, göstəricidə mexaniki səhvə yol verilib və yaxın zamanda məsələ həllini tapacaq:

"Vətəndaşa vəziyyət izah olunub. Səhvə yol verən Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı cəzalandırılıb. Səhvin düzəldilməsi üçün sadəcə müəyyən qədər vaxt tələb olunur. Burada rəsmi şəkildə bir neçə prosedur keçirilməlidir. Göstəricidə yol verilən səhvlə bağlı düzəliş olacaq". Xatırladaq ki, Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov redaksiyamıza müraciət edərək ona verilmiş qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılsa da, sayğacda son göstəricinin 1329 kub metr olduğunu, 60 manat artıq borc yazıldığını söyləmişdi.

--------

15:44

"Azəriqaz"dan verilmiş qəbzdə son göstərici 1566 kub metr qeyd olunub, ancaq sayğaca baxıram 1329 kub metr göstərir.

Milli.Az xəbər verir ki, bu sözləri qafqazinfo-ya müraciətində Masallı rayon Qızılavar kənd sakini Cəsarət Şahbazov deyib.

Bildirib ki, yanvar ayının 9-da ona qaz sərfiyyatı ilə bağlı ödəniş qəbzi verilib. Həmin zaman qəbzdə qaz sərfiyyatı 1566 kub metr yazılıb. Ancaq istifadəçi 15 yanvar tarixində sayğaca baxan zaman son göstəricinin hələ 1329 kub metr olduğunu görüb:

"Qəbzdə göstərilib ki, 158 manat borcum var. Hesabladığım zaman görürəm ki, 60 manat artıq borc yazılıb. Məsələ ilə bağlı qaz idarəsində ərizə yazmışam, qəbzi də götürdülər. Baxılacağı bildirilsə də, hələ də bir xəbər yoxdur. Lənkəran Rayon Qaz İstismar İdarəsindən zəng vurub və sayğacın şəklini istəyiblər. 10 gündən çox qazdan istifadə etməyimizə baxmayaraq hələ bu gün də mənim sayğacım 1500 kub metrə çatmayıb".

Şikayətlə bağlı "Qafqazinfo" "Azəriqaz" İB-yə müraciət etsə də, rəsmi cavab hələ də verilməyib.

Milli.Az


Etiketlər:  Artıq borc yazan Azəriqaz əməkdaşı cəzalandı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ