Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 09:36
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün müraciətlər qeydiyyata alınacaq.
Lakin hazırda onlayn sistemdə problemlər yaranıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, təxminən yarım saat sonra qeydiyyata start veriləcək və hazırda e-gov.az portalının ipoteka bölümü yüklənmə səbəbi ilə işləmir. Belə olan halda isə vətəndaşların müraciət etməsi qeyri-mümkün hala gəlib.
Qeyd edək ki, sosial mənzil sisteminin də ilk mərhələrində onlayn sistem çökdüyü üçün mənzillərin satış nəticələri ləğv edilib, təkrar satış həyata keçirilmişdi.