Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 11:33
Bakı. Elnur Bağışov - Trend:
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Təbriz-Culfa və əks istiqamətdə turistlər üçün nəzərdə tutulan turist qatarı istismara verilib.
Bunu İranın Azərbaycan Dəmir Yolları İdarəsinin baş direktoru Şapur Arslani deyib. Bu barədə Trend ISNA-ya istinadən məlumat verib.
Ş.Aslaninin sözlərinə görə, turist qatarı Araz Azad Ticarət Zonasının əməkdaşlığı və bölgədə turizmin inkişafı istiqamətində istifadəyə verilib.
Aslani əlavə edib ki, bu qatar gündəlik 5 vaqonla turistləri iki istiqamətdə daşıyacaq.
İdarə rəsmisi bildirib ki, bu qatarla gündəlik 500 nəfər daşınacaq.
“Qatar hər gün səhər 07:30-dan Culfa istiqamətində, 19:00-da isə Culfadan Təbriz istiqamətində hərəkət edəcək” –deyə o qeyd edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin