Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda DƏHŞƏT: Ruhi xəstəni öldürüb kanala atdılar

Abşeronda DƏHŞƏT: Ruhi xəstəni öldürüb kanala atdılar

Tarix: 22 Yanvar 2020 13:04

Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sonxeber.net-a daxil olan məlumata əsasən, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

Bildirilir ki, müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

C.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində "Ford Tranzit" markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


Etiketlər:  Abşeronda DƏHŞƏT Ruhi xəstəni öldürüb kanala atdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ