Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Alanyaspor"lu hücumçu millimizdə öz klubuna 2 qol vurdu

Tarix: 22 Yanvar 2020 18:08

Antalyada təlim-məşq toplanışı davam edən 19 yaşlılardan ibarət milli komandamız bu gün yoxlama görüşündə gücünü sınayıb.

Qol.az x
əbər verir ki, Samir Əliyevin komandası “Alanyaspor”un U-19 komandası ilə qarşılaşıb.  Yığmamız görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb.

Maraqlıdır ki, millimizin heyətində "Alanyaspor"dan dəvət edilən Mustafa Yıldırım dubl edib.

Qeyd edək ki, Azərbaycan millisi 25 və 27 yanvarda isə Şimali Makedoniyanın U-19 yığması ilə qarşılaşacaq.

22 yanvar

16:00. Azərbaycan U-19 – Alanyaspor U-19 - 4:2
Qollar
: Mustafa Yıldırım, 18, 55, Emil Qasımov, 41, Balamirzə Soltanov, 61

 

 

 


Etiketlər:  Alanyasporlu hücumçu millimizdə öz klubuna 2 qol vurdu


RƏYLƏR