Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputat kafedə davaya qarışdı - VİDEO

Deputat kafedə davaya qarışdı - VİDEO

Tarix: 22 Yanvar 2020 22:02

Kiyevdə "Müxalif platforma - Həyat üçün" partiyasının deputatı İlya Kivanın iştirakı ilə kafelərin birində dava baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident paytaxtın "Mokko" kafesində olub. Deputat davanın videosunu sosial şəbəkədə paylaşıb. Kiva açıqlamasında ona yumruq atan şəxsin daha əvvəl sosial şəbəkədə onu hədələdiyini, təhqir etdiyini bildirib. Millət vəkilinin sözlərinə görə, kafedə əvvəlcə özünü normal aparmayan şəxsə yaxınlaşaraq ona xəbərdarlıq edib. Bu zaman isə deputata gözlənilməz zərbə dəyib.

Kiva baş verənləri siyasətlə əlaqələndirib. Hadisə yerinə polis çağrılıb və insident tərəfləri bölməyə aparılıb.

Ukrayna mətbuatının məlumatına görə, Kivaya yumruq vuran şəxs veteran Mixail Mayman olub.

Milli.Az


Etiketlər:  Deputat kafedə davaya qarışdı VİDEO


RƏYLƏR