Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yığmamız özbəklərə qalib gəldi

Yığmamız özbəklərə qalib gəldi

Tarix: 23 Yanvar 2020 00:52

Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 4:3. Millinin heyətində Oliveira Da Nascimento “Vassora”, Tiago Telles Martins “Bolinha”, Eduardo Borges və İsa Atayev fərqlənib.

22 yanvar
 
Azərbaycan – Özbəkistan 4:3
Qollar
: Vassura, 02:26. Bolinya, 12:07. E.Borges, 15:00. İ.Atayev, 36:32 – İ.Hamroev, 09:49. İ.Ropiyev, 25:25. S.Jorayev, 28:35.
Qırmızı vərəqə: Ə.Usmanov, 35:14.
 


Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda Özbəkistan millisi 3:2 hesabı ilə qələbə qazanmışdı.

 

 


Etiketlər:  Yığmamız özbəklərə qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ