Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Komandanın qarşısına konkret məqsəd qoyulub" - Joze Alesio

Tarix: 23 Yanvar 2020 01:16

“Bu gün oyuna daha yaxşı köklənmişdik. Çünki dünən keçirdiyimiz ilk matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik".

Qol.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Özbəkistanla yoxlama matçından sonra deyib.

Braziliyalı mütəxəssis 4:3 hesablı qələbəni belə şərh edib: "Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
 


Etiketlər:  Komandanın qarşısına konkret məqsəd qoyulub Joze Alesio


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ