Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Windows 10 Android cihazlar arasında sürətli fayl mübadiləsi funksiyasını əldə edəcək

Windows 10 Android cihazlar arasında sürətli fayl mübadiləsi funksiyasını əldə edəcək

Tarix: 23 Yanvar 2020 08:44

Microsoft şirkəti özünün mobil əməliyyat sistemini hazırlamaqdan imtina etsə də o, Windows 10-un funksionallığını genişləndirir ki, mobil istifadəçilər bu əməliyyat sistemindən komfortlu şəkildə istifadə edə bilsinlər. İnsayderlərin verdikləri məlumata əsasən Windows 10-un sahib olduğu Your Phone tətbiqi yaxın zamanda Windows, iOS və Android əməliyyat sistemli cihazlar ilə birgə çalışmaq üçün yeni funksiyalar əldə edəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkətin saytında tərtibatçılar bir sıra parametrlər aşkar ediblər. Həmin parametrlər smartfondan Your Phone tətbiqnə birbaşa faylların göndərilməsindən əlavə olaraq ümumi mübadilə buferindən istifadəyə də imkan verəcəklər. Kontekst menyu və ya Ctrl-C vasitəsilə kopyalanmış faylı və ya mətn fraqmentini istifadəçinin Microsoft hesabına qoşulmuş smartfon tətbiqinə köçürtmək olacaq.

İlkin olaraq Your Phone tətbiqi kompüter və ya noutbuk ekranında smartfondakı bildirişlərə baxmaq ilə yanaşı həmçinin kompüter vasitəsilə zənglərin reallaşdırılması imkanını da verirdi. İndi isə Microsoft bu tətbiqin funksionallığını genişləndirməyə diqqətini ayırıb. Yenilənmiş Your Phone platformasının nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Windows 10 Android cihazlar arasında sürətli fayl mübadiləsi funksiyasını əldə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ