Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Xiaomi Mi10” smartfonunun təqdimat tarixi məlum olub

“Xiaomi Mi10” smartfonunun təqdimat tarixi məlum olub

Tarix: 23 Yanvar 2020 11:21

“Xiaomi Group” şirkətinin həmtəsisçisi və vitse-prezidenti Lin Bin qabaqcıl “Mi10” smartfonunun təqdim edilməsi ilə bağlı planları rəsmən təsdiqləyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, onun sözlərinə görə, “Xiaomi Mi10” smartfonunun şirkətin onilliyinə həsr ediləcəyi ilə əlaqədar mühəndis və proqramçılar tərəfindən ona böyük diqqət yetiriləcək. Qurğunun əsasını ötən ilin sonunda “Qualcomm” şirkəti tərəfindən rəsmən təqdim edilən qabaqcıl “Snapdragon 865” prosessoru təşkil edəcək.

 

Vitse-prezident qeyd edib ki, smartfon martda nümayiş olunacaq. Lakin bir sıra mənbələrin məlumatına görə, qurğu fevralın 10-da – qabaqcıl “Samsung” qurğularının buraxılışı ərəfəsində təqdim ediləcək.

 

L.Binin sözlərinə görə, şirkət 2020-ci ildə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ona yaxın müxtəlif smartfonun buraxılışını planlaşdırır.

 

Nizam Nuriyev




Etiketlər:  Xiaomi Mi10 smartfonunun təqdimat tarixi məlum olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ