Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 22:08
PSJ-nin Fransa kubokunun yarımfinalında "Reyms"i məğlub etdiyi görüş Paris klubu üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 3:0 hesabı ilə başa çatan görüşdə paytaxt təmsilçisinin 4000-ci qolu vurulub. Yubiley qoluna isə 17 yaşlı Tanqu Kuassi imza atıb.
PSJ-nin yetirməsi olan müdafiəçi, həm də, əsas komandanın heyətində ilk qolunu vurub.