Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 23:54
Feysbuk mütəxəssisləri yeməyin şəkilləri üzərindən reseptlərini müəyyən edə biləcək süni intellekt sistemini hazırlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu sistem şəkli olan yeməyin reseptini bir neçə saniyədə istifadəçilərə təqdim edir.
Fotoların təhlili nəticəsində sistem yeməkdə istifadə olunacaq məhsulların siyahısını və hazırlama qaydasını göstərir.
Bu sistem məlumat üçün kompüter görmə qabiliyyətindən istifadə edir. Proqramda iki sinir şəbəkəsi işləyir: biri məhsulları seçir, ikincisi isə hazırlama qaydasını müəyyənləşdirir.