Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tək səyahət etsəniz mütləq bu ÖLKƏLƏRƏ GEDİN

Tək səyahət etsəniz mütləq bu ÖLKƏLƏRƏ GEDİN

Tarix: 24 Yanvar 2020 07:14

Tək səyahət edən turistlər üçün ən populyar 20 məkanın reytinqi tərtib olunub.

Sonxeber.net bildirir ki, "HypeBae" portalının məlumatına görə, Xorvatiya siyahıda birinci yeri tutub.

"Bu gözəl Avropa ölkəsində ən yaxşı çimərliklər, qədim şəhərlər, təbii parklar və şərabxanalar var. Rovin və  Dalmasiya bölgəsinin ən böyük şəhəri Spliti ziyarət etməyi unutmayın",- deyə tədqiqatda qeyd olunub.

Bundan başqa informasiyada, "Game of Thrones" serialının da Xorvatiyada çəkildiyi də vurğulanıb.

Reytinqin ikinci yerini Peruda inklərə məxsus Maçu-Pikçu tutub.
Üçüncü pillədə isə Malta qərarlaşıb.

Reytinqdə Bali, İsveçrə, İtaliya, Cənubi Koreya, İspaniya, İslandiya, Honkonq, Nyu-York, Yeni Orlean, Kopenhagen, Amsterdam, Yeni Zelandiya, Mərakeş, Avstraliya, Tailand, Yaponiya və Sinqapur da yer alıb. (ölkə.az)


Etiketlər:  Tək səyahət etsəniz mütləq ÖLKƏLƏRƏ GEDİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ