Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 May 2019 16:18
Bakı. Trend:
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Gümüşü Könüllü” proqramına start verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.
“Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya http://bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin