Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2020 11:50
Qazaxıstanda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşının tələbinə məhəl qoymayaraq onu avtomobillə vurub və onu kapotun üzərində 3 kilometrə yaxın sürüb.
Sonxeber.net avtosfer.az-a istinadən xəbər verir ki, Şımkent şəhərində yol qovşağında iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra nəqliyyat vasitələrinin sürücüsünə iki YPX inspektoru yaxınlaşıb və onlardan sənədləri təqdim etməyi tələb ediblər. Ancaq, hər iki sürücüdə tələbə məhəl qoymayaraq sükan arxasına keçiblər. Bundan sonra polislər avtomobillərin qarşısını kəsiblər. Sürücülərdən biri mühərriki işə salaraq inspektorlardan birini vurub. Ardınca da o, kapotun üzərində olan hüquq-müdafiəçisi ilə birgə hadisə yerini tərk edib.
Nəticədə qayada pozucu saxlanılaraq bölməyə gətirilib. Aparılan araşdırma zamanı sürücünün narkotik maddənin təsiri altında olduğu müəyyən olunub.
Bildirilir ki, hadisə zamanı YPX əməkdaşı xəsarət almayıb.