Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİİ “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edir

Aİİ “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edir

Tarix: 24 Yanvar 2020 13:27

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 3 fevral 2020-ci il tarixdən Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi” təşkil edəcək.

Aİİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, fevralın 8-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda ucaldılan abidəsini, rayon Şəhidlər xiyabanını, Heydər Əliyev Mərkəzini, Konqres Mərkəzini, Qəbələ Arxeoloji Mərkəzini, Soltannuxa Kənd Türbəsini ziyarətlər və Cotari Kilsəsi ilə tanışlıq nəzərdə tutulub.

“Qış məktəbi” çərçivəsində tələbələr üçün “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, “Dəyişən dünyada milli-mənəvi dəyərlər”, “Azərbaycanda xanəgahlar” və s. mövzularda məruzələrin, gənclərin dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması istiqamətində müxtəlif təlimlərin təşkil olunması nəzərdə tutulub. Eyni zamanda, “Qış məktəbi”ndə tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Oxu”, “Vəhdət” və “Şəhadət” filmlərinin nümayişi və müzakirəsi təşkil olunacaq.

Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrinin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Qeyd edək ki, “Qış məktəbi”nin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından xüsusi əhəmiyyət daşıyır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Aİİ mədəniyyət cəmiyyət mövzusunda Qış məktəbi təşkil edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ