Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 17:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığa səfər edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Hürriyət" qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti zəlzələnin baş verdiyi bölgədə vəziyyətlə tanış olacaq.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.