Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2019 00:20
Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun, işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondu müəyyən edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin işçilərinin say həddi 17 ştat vahidi təsdiq edilib.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin aylıq əməkhaqqı fondu 10080 (on min səksən) manat məbləğində müəyyən edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin