Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Yanvar 2020 23:08
Avropa Komissiyası ictimai yerlərdə üz tanıma vasitələrindən istifadənin qadağan olunmasını tələb edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Avropa Komissiyası məxfilik hüquqları ilə bağlı mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan 18 səhifəlik sənəd hazırlayıb.
Sənədə əsasən, komissiya "üz tanıma və risklərin müəyyənləşdirilməsinin təsirini qiymətləndirən möhkəm metodologiya"nı hazırlayacaq. Bundan əlavə, təşkilat nümayəndələri bu texnologiyanın ictimai yerlərdə 5 ilədək istifadəsini qadağan etməyi düşünürlər.
Üz tanıma texnologiyasının əleyhdarları hesab edirlər ki, Avropa ölkələrində mövcud vəziyyət insanların məxfilik hüquqlarını pozur.