Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Unibank'' indiyədək müştərilərinə 48 milyon manata yaxın kompensasiya ödəyib

''Unibank'' indiyədək müştərilərinə 48 milyon manata yaxın kompensasiya ödəyib

Tarix: 17 May 2019 23:42

Bakı. Trend:

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident fərmanının icrası ilə əlaqədar olaraq, "Unibank" indiyədək 64 mindən artıq müştəriyə kompensasiya ödənişi həyata keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, aprelin 22-dən bu günə ödənilən kompensasiya məbləğinin həcmi 48 milyon manata yaxındır.

Prezident fərmanının icrası ilə əlaqədar olaraq, "Unibank" filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər. Şənbə və hətta bazar günləri də Unibank filialları müştərilərin xidmətində olacaq. Həftə sonu müştərilər kompensasiya məbləğlərini götürmək üçün saat 10.00-dan 18.00-dək bankın filiallarına müraciət edə bilərlər.

Məqsəd müştərilərə daha operativ xidmət göstərməklə yanaşı, işləyən müştərilərin filiallara işdən sonra gələrək öz kompensasiyalarını rahat almaları üçün şərait yaratmaqdır.

Unibank filialları kompensasiyanın verildiyi ilk gündən - 22 apreldən başlayaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gün ərzində daha çox müştəriyə xidmət etmək üçün əlavə olaraq iki şöbə də müştərilərin xidmətinə təqdim edilib. Xidmətin operativliyini artırmaq üçün filiallar yeni avadanlıq, kompüterlər ilə təmin olunub və əlavə işçilər cəlb olunub.

Bank bir daha müştərilərə müraciət edir ki, qətiyyən narahat olmasınlar. Yaxın günlərdə qalan müştərilərə də kompensasiya tarixini bildirən SMS-lər göndəriləcək və bu ayın sonunadək hər kəs ona düşən kompensasiya vəsaitini əldə edəcək. Unibank filallarda vaxt itirməmələri üçün müştərilərdən yalnız SMS aldıqdan sonra banka yaxınlaşmalarını xahiş edir.

Unibank - hər kəsin bankı!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Unibank indiyədək müştərilərinə milyon manata yaxın kompensasiya ödəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ