Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi şəxsi antirekordunu təkrarladı

Messi şəxsi antirekordunu təkrarladı

Tarix: 26 Yanvar 2020 14:34

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun Valencia ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. "Kamp Nou"da Deportivo ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, hazırda "Barselona" 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, Valencia isə turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.


Etiketlər:  Messi şəxsi antirekordunu təkrarladı


RƏYLƏR