Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Yanvar 2020 22:51
Turş qatıq yeyənlər qışda qripə daha az yoluxur.
Sonxeber.net xəbər verir ki, turş qatıq qrip və digər tənəffüs yolu infeksiyalarından qoruyur. Bu barədə Mustafa Kamal Universitetinin (MKU) Tibbi Mikrobiologiya kafedrasının rəhbəri, professor Nizami Duran məlumat verib. O, bildirib ki, "Patogenlərə qarşı Probiotik Mikroorqanizmlərin Fəaliyyətinin Tədqiqi" layihəsində qripdən qorunma ilə bağlı mühüm nəticələr əldə olunub.
"Qatıq bakteriyasından çox təəccüblü nəticələr əldə etdik. İnfeksiyalardan qorunmağın ən vacib sahələrindən biri immunitet sistemimiz tərəfindən ifraz olunan immunoqlobulinlərdir. Araşdırmalar göstərib ki, qatıq bakteriyaları ilə müntəzəm qidalanan heyvanlarda qoruyucu mayelər daha yüksəkdir. Bu o deməkdir ki, qatıqla qidalanan canlılar yuxarı tənəffüs yolu iltihablanmasından, xüsusən də qripdən 10 qat daha güclü müdafiə olunur", - deyə Nizami Duran qeyd edib.
Professor daha sonra əlavə edib ki, qrip kimi virus infeksiyalarının qarşısını almağın ən vacib yolu immunitet sistemini gücləndirmək və balanslı pəhrizdir.
Ekspert qatığın maksimum faydalı olması üçün onu bakteriya sayının yüksək olduğu maya ilə mayalamağı və ən azı 24 saat isti şəraitdə, hətta turş dad alana qədər saxlamağı təklif edib. O, bunun daha faydalı olacağını qeyd edib.
Yuxarı tənəffüs yollarının infeksiyasına səbəb olan viruslar və ya bakteriyaların yaratdığı xəstəliklərdən qorunmaq üçün hər naharda mayalanmış qatıq yeyin.
Sonda həkim immun sistemini gücləndirmək üçün səhər uşaqlara qatıq suyu verilməsi təklifi ilə çıxış edib. (publika.az)