Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karateçimiz İrina Zaretska 1 Premyer Liqa turnirində qızıl medal qazanıb

Karateçimiz İrina Zaretska 1 Premyer Liqa turnirində qızıl medal qazanıb

Tarix: 26 Yanvar 2020 22:56

Bakı. Trend:

Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində İrina Zaretska qızıl medal qazanıb.

Trend məlumatına görə, Azərbaycan təmsilçisi norveçli Endrin Hilton, serbiyalı Andriana Vasoviç, çinli Qonq Li və yaponiyalı Kayo Someyanı məğlub edərək finala yüksəlib. Həlledici görüşdə misirli Feryal Abdelazezi məğlub edən İ.Zaretska Karate 1Premyer Liqa turnirinin qalibi olub.

Qeyd edək ki, karateçimiz Rafiz Həsənov (67 kq) yarışda bürünc medal qazanıb.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparıb. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanıblar.


Etiketlər:  Karateçimiz İrina Zaretska 1 Premyer Liqa turnirində qızıl medal qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ