Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Rusiya və Orta Asiya ölkələrinə tikinti materialları ixrac edəcək

Azərbaycan Rusiya və Orta Asiya ölkələrinə tikinti materialları ixrac edəcək

Tarix: 18 May 2019 07:52

Bakı. Samir Əli – Trend:

Azərbaycan xarici ölkələrə tikinti materialları ixrac etməyi planlaşdırır.

Bu barədə Trend-ə açıqlamasında "FAB Boya və Kimya Sənayesi" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Kənan Məhərrəmov deyib.

Onun sözlərinə görə, MMC-nin tərkibində 5 fərqli istehsal müəssisəsi fəaliyyət göstərir: "Bunlardan biri ötən ilin yanvarında fəaliyyət göstərən "BƏYAZ ALÇI" fabrikidir. Burada astar, üzlük, son qat üzlük, astar suvağı, fuqa alçıpan olmaqla 13 adda alçı məhsulu hazırlanır. Fabrik gün ərzində 900 tondan çox gips məhsulu istehsal etmək gücünə qadirdir. Müəssisə Almaniya və Türkiyənin ən müasir avadanlıqları ilə təchiz olunub. İstehsal prosesi tam avtomatlaşdırılmış sistem üzrə aparılır".

Müəssisə rəhbəri bildirib ki, fabriki qurarkən əsas missiya yerli xammaldan istifadə edərək, texnoloji yeniliklərin tətbiqi ilə cəmiyyətə, ətraf mühitə yararlı, keyfiyyətli məhsullarla ölkə iqtisadiyyatına fayda vermək olub: "Yeni bir istehsal müəssisəsinin istismara verilməsi həm də yeni iş yerlərinin açılması, yüzlərlə vətəndaşımızın sosial rifahının yaxşılaşdırılması, eyni zamanda gənclərin öz karyeralarını qurmalarına yol açacaq ən mühüm vasitə deməkdir. Məhsulların dünya standartlarının tələblərinə uyğun hazırlanmasına ciddi nəzarət olunur və bu məhsullar xarici bazarda rəqabət aparma gücünə qadirdir".

K.Məhərrəmov bildirib ki, müəssisənin məhsulları dünya standartlarına tam cavab verdiyindən, həmin məhsulların xaricə ixracı planlaşdırılır: "Əsasən Rusiya və Orta Asiya ölkələrinə məhsul ixrac etməyi planlaşdırırıq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan Rusiya Orta Asiya ölkələrinə tikinti materialları ixrac edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ