Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 12:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da aviareyslə Azərbaycana qaytarılıb.
Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Türkiyədə baş verən zəlzələ nəticəsində təhsil alan tələbələrimizlə bağlı məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğunu deyən C.Bayramov bildirib ki, hazırda geri qaytarılan tələblər tətildədirlər:
"Sonrakı mərhələdə oradakı vəziyyət necə olacaq, tələbələrin dərslərində hansısa fasilə olacaqmı sair suallara müəyyın vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələblərin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin