Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2020 16:40
Monqolustan hökuməti geniş yayılmaqda olan koronavirusla əlaqədar Çin sərhədini bağladığını elan edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, sərhəd qeyri-müəyyən müddətə bağlı qalacaq.
Bundan başqa, hökumətin bugünkü iclasında ölkə ərazisində məktəb və universitetlərdə dərslərin dayandırılması qərara alınıb. Təhsil mərkəzləri martın 2-dək bağlı qalacaq.
Hökumət, həmçinin vətəndaşları kütləvi mitinqlərə toplaşmamağa çağırıb.