Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 08:34
Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Den Starric karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Aston Villa" qış fasiləsində hücum xəttini təcrübəli forvardla gücləndirmək niyyətindədir.
Birminhemlilər Trabzon təmsilçisinin tələb etdiyi 4,2 milyon funt sterlinqi ödəməyə razılıq verib. D.Starric zədə səbəbindən uzun müddətə sıradan çıxan Uesli Moraesi əvəz etməlidir.
Qeyd edək ki, 30 yaşlı forvard ötən yay "Liverpul"dan "Trabzonspor"a keçib. O, cari mövsümün 13 oyununda 7 qol vurub.