Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 15:45
"Şou ATV"də qonaq olan müğənni Vüsal Əliyev qarşılaşdığı bir hadisədən danışıb.
Sonxeber.net xəbər verir ki, müğənni bir dəfə bir həkimin ona zəng edərək təcili xəstəxanaya gəlməyini istəyib.
Vüsal komaya düşən qadını ayıltmaq üçün səsindən istifadə edildiyini bildirib:
"Həkim dedi filan xəstəxanaya gələ bilərsən? Dedim, hə. Getdim dedi ki, burada belə bir hadisə oldu. Bir qadın həyat yoldaşı ilə dalaşıb. Ailə zəmnində çox əsəb-stressdən komaya düşüb, ayılmır. Anası həkimə deyir ki, siz belə edin də - Palataya bir "maqintafon", bir də Vüsalın diskini qoyun. O, yəqin ki, onda ayılacaq. O qadın, həqiqətən də, elə ayılıb".
Məhəmməd Vaqif