Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 23:52
Yanvarın 28-də Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalında "Masters" turnirinin səkkizinci turunun oyunları keçirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan şahmatçılarından Vasif Durarbəyli türkiyəli Cəmil Can Əli Marandini məğlub edərək xalların sayını 5,5-ə çatdırıb. Təmsilçimiz Şəhriyar Məmmədyarov isə hindistanlı Rameşbabu Praqnanandha ilə oyuna çıxmadığı üçün ona texniki məğlubiyyət verilib.
Ötən səkkiz turun nəticələrinə görə V.Durarbəyli 5,5, Ş.Məmmədyarov 5 xal toplayıblar.
On turdan ibarət "Masters" turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.