Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avstriya startapı koronavirusa qarşı vaksin axtarışında iştirak edəcək

Avstriya startapı koronavirusa qarşı vaksin axtarışında iştirak edəcək

Tarix: 29 Yanvar 2020 08:10

Ağır pnevmoniya xəstəliyinə səbəb olan yeni növ koronavirusun (2019-nCoV) sürətlə yayılması bu virusa qarşı vaksin axtarışına da təkan verib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Avstriyanın Qrats şəhərində yaradılmış "Innophore" adlı startap şirkəti bu virusa qarşı ən uyğun təsiredici maddələri müəyyən etmək üçün bir növ "enzemalar üçün axtarış maşını" yaradıb. Şirkətin baş meneceri Xristian Qruber mətbuata verdiyi açıqlamada bildirib ki, onun rəhbərlik etdiyi qrup ilk olaraq sırf maraq üçün öz yaratdıqları kompüter sistemində tibb elminə artıq məlum olan və koronavirusun müalicəsində tətbiqi nəzərdən keçirilə bilən vaksin maddələri üzrə axtarış aparıblar. İlkin analizlər müxtəlif elmi dairələr və həmçinin şirkətin internet səhifəsində yayımlandıqdan sonra Çindən əməkdaşlığa dair təklif gəlib.

Hazırda Pekində bir böyük əczaçılıq şirkəti və Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Çin Mərkəzinin bioinformatikləri ilə əməkdaşlıq edən şirkət müxtəlif internet resursları, elmi mərkəzlər, məlumat banklar və patentləşdirilmiş vaksin maddələri üzrə axtarışın nəticələrini toplayır. X. Qruber bildirib ki, onun qrupu QİÇS xəstəliyinin müalicəsində də tətbiq edilən Lopinavir inhibtorunun koronavirusa qarşı mübarizədə hazırda ən uğurlu təsir vasitəsi kimi müəyyən edib.

Startapın təqdim etdiyi siyahıdakı digər təsir maddələri də yeni növ virusa qarşı mübarizədə müəyyən test mərhələlərindən keçməlidir. Yalnız bundan sonra virusa qarşı effektiv vaksinin kütləvi istehsalı mümkün ola bilər.


Etiketlər:  Avstriya startapı koronavirusa qarşı vaksin axtarışında iştirak edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ