Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran yenidən silkələndi - Seysmik zonalar aktivləşib

İran yenidən silkələndi - Seysmik zonalar aktivləşib

Tarix: 29 Yanvar 2020 11:46

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Son günlər İranın qərb və cənub bölgələrində ardıcıl güclü zəlzələlər qeydə alınıb. Bu zəlzələlərdə indiyədək tələfatın olmadığı bildirilib.

Əlavə edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.


Etiketlər:  İran yenidən silkələndi Seysmik zonalar aktivləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ