Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 13:50
ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi xalq artisti Nəzakət Teymurova olub.
Sonxeber.net bildirir ki, xanəndə "Leyli və Məcnun"dakı sevgini həyatda da yaşadığını etiraf edib:
"Hər gecə yatanda Allahdan sevgi diləyirəm. Hər kəsə, hər şeyə sevgi ilə baxanda dünya mənim üçün gözəlləşir. Leyli rolunun mənə təsiri böyük olub. Onun sayəsində hər şeyə sevgi ilə, saf baxmağı öyrənmişəm. Sevgini duya bilmək başqa aləmdir. Hər kəsə o sevgini arzulayıram. Qarşılıqlı sevgim var. Sevdiyim adamın adını telefonuma yox, ürəyimə yazmışam".