Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellekt şirkətləri rekord investisiyalar cəlb edib

Süni intellekt şirkətləri rekord investisiyalar cəlb edib

Tarix: 29 Yanvar 2020 14:57

“CB Insights” analitik şirkəti süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan startaplara investisiya qoyuluşuna həsr edilən hesabat təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqata görə, 2019-cu ildə süni intellekt şirkətləri 2235 saziş çərçivəsində 26,6 milyard dollar məbləğində rekord maliyyələşmə cəlb etdiyi halda 2018-ci ildə bu göstərici 4,2 milyard dollar (581 saziş) təşkil edib.

 

Müxtəlif sahələr arasında səhiyyə liderlik edir – tibbi süni intellekt layihələri 367 sövdələşmə çərçivəsində 4 milyard dollar cəlb ediblər. Bu sahədə investisiyalar 264 sövdələşmə çərçivəsində 2,7 milyard dolların əldə edildiyi 2018-ci illə müqayisədə təxminən 50 faiz artıb.

 

Səhiyyə maliyyə baxımından ABŞ-ın süni intellekt bazarında ən fəal sahə olmaqla həm maliyyə və sığorta sektorlarında (198 saziş üzrə 2,2 milyard dollar), həm də pərakəndə və istehlak malları sahələrində (159 sövdələşmə üzrə 1,5 milyard dollar) liderlik edib.

 

Maksimal aktivlik süni intellekt şirkətləri tərəfindən 117 sövdələşmə üzrə 1,6 milyard dolların cəlb olunduğu üçüncü rübdə qeydə alınıb. Şirkətin məlumatına görə, səhiyyə sahəsində fəaliyyət göstərən süni intellekt şirkətləri birinci rübdə 92 sövdələşmə üzrə 610 milyon dollar, ikinci rübdə 83 saziş üzrə 1,1 milyard dollar, dördüncü rübdə isə 75 sövdələşmə üzrə 742 milyon dollar qazanc əldə ediblər.

 

“Optum” şirkətinin məlumatına görə, süni intellektdən istifadə edən təşkilatların yarısı üç il ərzində investisiyaların qarşılanacağını gözləyir. Səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri növbəti beş il ərzində süni intellektlə əlaqədar layihələrə investisiyaları 40 milyon dollaradək artırmağı planlaşdırırlar.

 

2019-cu ilin bir raundunda 100 milyon dollardan çox investisiya cəlb edən şirkətlərin 24-dən biri səhiyyə sahəsinə aiddir: mobil proqram vasitəsilə həkimlərlə distansiyalı məsləhətlər təqdim edən Londonun “Babylon Health” şirkəti 550 milyon dollar əldə edib. Bundan başqa, səhiyyə 2019-cu ildə süni intellekt startaplarının satınalma sayına görə satışların idarə olunması sektorundan sonra ikinci yeri tutub.

 

Həmçinin ötən il dəyəri 1 milyard dollardan çox süni intellekt şirkətlərinin sayında artım müşahidə olunub. Onlar arasında malların çatdırılması üçün “Nuro” avtonom robotlar tərtibatçısı və “DataRobot” analitik şirkəti yer alıb. On yeni milyarder şirkətlər Çin, Böyük Britaniya və ya ABŞ-da yerləşir. “Plug and Play Ventures”, “Accel” və “Lightspeed Ventures” kimi vençur sərmayədarlar 2019-cu ildə süni intellekt bazarına investisiya qoyuluşu üzrə liderlər sırasına daxil olub.

 

Nizam Nuriyev




Etiketlər:  Süni intellekt şirkətləri rekord investisiyalar cəlb edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ