Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan hökuməti 10 min miqrantı Türkiyəyə göndərmək niyyətindədir

Yunanıstan hökuməti 10 min miqrantı Türkiyəyə göndərmək niyyətindədir

Tarix: 29 Yanvar 2020 22:32

Yunanıstan hökuməti 2020-ci ildə 10 min miqrantı Türkiyəyə geri göndərməyi planlaşdırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yunanıstan hökumətinin təmsilçisi Stelios Petsas Şimali Egey adalarının icra hakimiyyətlərinin rəhbərləri ilə görüşündən sonra "Real FM" radiosuna açıqlamasında deyib.

O qeyd edib ki, miqrantların adalardan Yunanıstanın materik hissəsinə köçürülmələrinə baxmayaraq, problem hələ də tam həllini tapmayıb və yerlərdə etirazlarla qarşılanır. Sığınacaq statusuna və beynəlxalq müdafiəyə uyğun olmayan miqrantlar tezliklə geri göndəriləcəklər. Amma bunun üçün hökumətə vaxt lazımdır.


Etiketlər:  Yunanıstan hökuməti miqrantı Türkiyəyə göndərmək niyyətindədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ