Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 23:08
Türkiyənin Lüleburqaz şəhərində də Elazığa yardım kampaniyası başladılıb.
Sonxeber.net xəbər verir ki, Elazığa göndərilənlər içərisində paketdəki məktub hər kəsin diqqətini çəkib.
Məktubda bu fikirlər yer alıb: "Xərcliyimdən verirəm. Sizə çox üzülürəm, kədərlənməyin. Sevgilərlə".
Məktubun sahibi 9 yaşlı Nazlı Can Türkiyə mediasına maraqlı fikirlər səsləndirib: "Televiziyadakı görüntülər məni çox təsirləndirdi. Məktubuma əlavə etdiyim cib xərcliyimlə zəlzələdən əziyyət çəkənlərə kömək etmək istədim. Onlara yardım edənlər çox xeyirxah iş görür. Az da olsa kömək etmə şansınız var".
Nazlı Canın anası Bahriye Can isə qızının məktubundan xəbərsiz olduğunu bildirib: "İlk dəfə görəndə çox duyğulandım. Xəbərim yox idi. Sosial şəbəkədən öyrəndim. Bu yaşda bunları edə bildiyi üçün çox sevindim. Əvvəlcə inana bilmədim. "Nazlı bu sən deyilsən" dedim. O da "xeyr ana, mənim yazımdır. Adımı siliblər" deyə cavab verdi. Az qala ağlayacaqdım. Bu yaşda qızımın belə bir davranış sərgilədiyi üçün həm də qürurlandım".
Qeyd edək ki, Türkiyənin Elazığ şəhərində baş verən 6,8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb. (publika.az)