Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

500-ə çatan ikinci legioner - ''Real''da

500-ə çatan ikinci legioner - ''Real''da

Tarix: 30 Yanvar 2020 08:48

İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Saraqosa" ilə keçirilən oyun "Real"ın futbolçusu Marselo üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, hazırda davam edən qarşılaşmada start heyətində yer alan braziliyalı "kral klubu"nun forması altında 500-cü matçını keçirir.

"Sambaçı" Madrid təmsilçisində 500 oyun həddinə çatan ikinci legioner kimi tarixə düşüb. O, indi yalnız həmyerlisi Roberto Karlosdan geri qalır. Öz dövrünün ən güclü sol cinah müdafiəçisi sayılan Karlos "Real"da 527 görüşün iştirakçısı olub.

Qeyd edək ki, birinci hissəsi başa çatan "Saraqosa" - "Real" oyununda qonaqlar 2:0 hesabı ilə öndədirlər.

Milli.Az


Etiketlər:  çatan ikinci legioner Realda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ