Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Host'' niyə dağılıb?

''Host'' niyə dağılıb?

Tarix: 30 Yanvar 2020 09:40

Repçi ProMete "Host" qrupunun qısa zaman ərzində sevilməsindən və daha sonra dağılma səbəblərindən danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ifaçı "Mtv Azərbaycan"a müsahibəsində qrupun üzvləri ilə də görüşdüyünü bildirib:

"Biz oxuduğumuz mövzuları özümüz də yaşayırdıq. Dinləyicilərimiz də eyni problemləri, hissləri bizimlə bərabər keçirirdi. Bu da yaşıdlarımızın ətrafımızda toplanmasına səbəb olurdu. Qrup yarananda məqsədimiz 50 trek yaratmaq idi. İstədiyimizdən daha çox mahnı yazıldı.

Daha sonra hər kəsin öz yolunu cızmağı və fikir ayrılıqları yollarımızın ayrılmasına səbəb oldu.

Amerikada olan və gəmi ilə dünyanı səyahət edən qrup üzvlərimiz var, amma mütəmadi olaraq bir neçəsi ilə görüşürəm".

Hazırda repin yüksəliş dövrünü yaşadığını deyən ProMete həmkarları ilə rəqabət aparmadığını deyib:

"Azərbaycanda rep bəlkə də 5-ci ya 6-cı yüksəlişini yaşayır. Bu dəqiqə Xosenin, "Dəyirman"ın, "Host"un belə çatmadığı rəqəmlərə çatıb. Səbəbi mən olmasam da, kiçik də olsa bunda qatqım var. Bu da məni sevindirir. Düşünürəm ki, mən repin elə bir forması ilə məşğulam ki, bu rəqabət tələb etməyən hissədir. Bu işi kimdənsə pisəm, yaxşıyam, və ya kiməsə çatmalıyam deyə etmirəm".


Etiketlər:  Host niyə dağılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ